Rusiya daha bir strateji bölgə ilə QARŞIDURMAYA GEDİRbackend

Rusiya daha bir strateji bölgə ilə QARŞIDURMAYA GEDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın əvvəlində Avropa Komissiyası Rusiya Federasiyasına qarşı sayca 11-ci sanksiyalar paketinin hazırlanmasını başa çatdırıb və onu təsdiq üçün Aİ-yə üzv dövlətlərə təqdim edib. Bu məsələ ilə bağlı danışıqlar mayın 10-da Brüsseldə başlayıb. İndiyə qədər Ukraynaya təcavüz səbəbindən tətbiq olunan sanksiyalar Rusiya iqtisadiyyatını çətin duruma salsa da, Moskva qadağalara rəğmən alternativ çıxış yolları axatrıb tapmaqdadır. Lakin məsələ ondadır ki, getdikcə daha az dövlət Rusiya ilə əməkdaşlıq etmək yolunu tutur. Hətta iş o yerə çatıb ki, Rusiyanın ən yaxn müttəfiqləri hesab olinan dövlətlər belə sanksiyalara qoşulacağını və riskə getmək istəmədiklərini ortaya qoyurlar. Rusiya mediası yazır ki, yaxın vaxtlarda  Mərkəzi Asiyanın bir sıra ölkələri Rusiyaya qarşı Qərb sanksiyalarına qatıla bilər.

Bomba effekti verən bu xəbəri Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin təsdiq edib. Bildirib ki, Asiya dövlətləri Rusiyaya başa salmaq istəyirlər ki, Kremlə görə özlərini riskə atmaq niyyətində deyillər. Əlavə ediblər ki, məhdudiyyətlər qısa zamanda qüvvəyə minəcək. Rusiyalı nazir bu səbbədən də Mərkəzi Asiya dövlətlərini hədələməkdən çəkinməyib və bildirib ki, sanksiyalara qoşulmaq onlar üçün ağır nəticələrə gətirib çıxaracaq. Xatırladıb ki, Rusiya ilə əlaqələri süni şəkildə dağıdıb məhv etmək bölgə dövlətləri üçün daha ağır nəticələrə gətirib çıxaracaq. Nazir onları əmin etməyə çalışıb ki, Moskva Mərkəzi Asiya dövlətləri ilə strateji münasibətlərin möhkəmləndirilməsində maraqlıdır.

Beləliklə, şok effekti verən bu xəbər onu deməyə əsas verir ki, Moskvanın daha bir bölgəni itirmək qorxsu artır. Görünən odur ki, Mərkəzi Asiya dövlətləri Rusiya ilə sıx iqtisadi və siyasi münasibətlərə baxmayaraq özlərini çətin duruma salmaq istəmirlər. Çox güman ki, burada ilk növbədə söhbət Qazaxıstandan və Qırğızıstandan gedir. Qazaxıstanla Qərb şirkətlərinin sıx iqtisadi, ticarət münasibətləri formalaşıb. Ölkə neftinin əsas alıcıları Qərb dövlətləridir. Qırğızıstan da Avropa İttifaqı və ABŞ-la əməkdaşlığı gcləndirmək niyyətindədir. O ki qaldı Özbəkistana – prezident Şövkət Mirzoyeyev son illər Qərblə sıx iqtisadi, siyasi münasibətlər qurmaq xəttini götürüb, intqeqrasiya siyasətini gücləndirib. Rusiyaya qarşı sanksiyalara qoşulmamaq onların iqtisadi vəziyyətini çətinləşdirə bilər.

Bütün bunlar onu deməyə əsas verir ki, Kreml yaxın vaxtlarda çox ciddi çətinliklər gözləyir. Və vəziyyətdən necə çıxacağı sual doğurur. Görəsən, Kreml daha bir bölgə ilə gərginliyə getməyə üstünlük verəcək, yaxud region dövlətlərinin atacağı addıma reaksiya verməyəcək? Hər halda hər iki yol onun üçün yaxşı heç nə vəd etmir.

Milli.az