Rusiya hakimiyyətinin yuxarı eşalonunda “alkoqolizm” xeyli artıb: Putin narahatdırbackend

Rusiya hakimiyyətinin yuxarı eşalonunda “alkoqolizm” xeyli artıb: Putin narahatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin özünün “yaxın çevrəsində” və Rusiya Federasiyasının ali rəhbərliyi arasında spirtli içkilərdən sui-istifadə problemindən narahatdır.

Editor.az bildirir ki, bu barədə “Meduza” prezident administrasiyasına yaxın bir neçə mənbəyə istinadən yazıb.

Məlumata görə, Putin alkoqoldan həddən artıq istifadə probleminə xüsusi diqqət yetirməyə başlayıb, çünki Ukraynaya qarşı müharibə fonunda Rusiya rəsmiləri daha tez-tez və daha çox spirtli içki içməyə başlayıblar. Rusiya prezidenti “yaxın çevrəsindən olan adamların” vəziyyətindən xüsusilə narahatdır.
“İnsanlar fevral ayından bu yana “stressi” onunla atırlar. Onların arasında nazirlər, onların müavinləri, hətta baş nazirin bəzi müavinləri, prezident administrasiyasının və Təhlükəsizlik Şurasının əməkdaşları, bəzi dövlət korporasiyalarının rəhbərləri, qubernatorlar da var”.

“Stressin” əsas səbəbi isə Ukraynaya müdaxilə nəticəsində Rusiyaya dəymiş ziyan, o cümlədən sanksiyalardır. “Məhz buna görə əl atıblar stəkanlara”.
Bununla belə, nəşr iddia edir ki, məmurların alkoqollu içkilərə qurşanmasına Rusiyanın cəbhədəki problemləri təsir göstərmir, çünki “onların öz problemləri, öz aralarında müharibələri var”. Yəni yuxarı eşalonda intizamsızlıq baş alıb gedir ki, Putin də bundan narahatdır. Lakin o, hələlik heç kimi işdən azad etmək fikrində deyil.

Samir,Editor.az