Rusiya hərbi cəhətdən tükənir: Moskva çıxış yolunu beynəlxalq sanksiyalara məruz qalan ölkələrdən silah almaqda görürbackend

Rusiya hərbi cəhətdən tükənir: Moskva çıxış yolunu beynəlxalq sanksiyalara məruz qalan ölkələrdən silah almaqda görür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya, ehtiyatları azaldıqca İran və Şimali Koreya kimi ağır sanksiyaya məruz qalmış dövlətlərdən getdikcə daha çox silah alır.

Editor.az bildirir ki, bu barədə Britaniya kəşfiyyatının gündəlik hesabatında deyilir. Rusiya çox güman ki, Ukraynada ilk dəfə İran pilotsuz təyyarələrini yerləşdirib. 13 sentyabr 2022-ci ildə Ukrayna rəsmiləri bildiriblər ki, onların hərbi qüvvələri Kupyansk yaxınlığında Şahed-136 PUA-nı vurublar. Şahed-136 2500 kilometrlik uçuş məsafəsinə malik zərbə PUA-dır. İran istehsalı olan oxşar sistemlər, ehtimal ki, 2021-ci ilin iyulunda MT MERCER STREET neft tankerinə qarşı da daxil olmaqla, Yaxın Şərqdəki hücumlarda istifadə edilib. Britaniya kəşfiyyatı qeyd edir ki, “Şahed-136”nın cəbhə xətti yaxınlığında itirilməsi Rusiyanın bu sistemdən Ukrayna ərazisinin dərinliklərindəki strateji hədəfləri vurmaq üçün deyil, taktiki zərbələr üçün istifadə etməyə çalışması ehtimalını ortaya qoyur.

ABŞ kəşfiyyatının məlumatına görə, Rusiya Şimali Koreyadan da milyonlarla artilleriya mərmisi və qısa mənzilli raketlər alır. Lakin Şimali Koreyadan silah alınması ilə bağlı istənilən razılaşma Pxenyan istehsilı silahların yayılmasını qadağan edən BMT qətnamələrinin pozulması deməkdir. Ötən həftə məlum olmuşdu ki, Vaşinqtonun Tehrana çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, İran Rusiyaya Ukraynaya qarşı hərbi müdaxiləsində istifadə oluna biləcək “yüzlərlə” pilotsuz təyyarə verib.

 //Samir,Editor.az