Rusiya hücum planını genişləndirir – Bölgəyə yeni batalyonlar göndəriləcəkbackend

Rusiya hücum planını genişləndirir – Bölgəyə yeni batalyonlar göndəriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun tərkibində yeni “Samara” könüllü batalyonu yaradılır.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Batalyona 18-50 yaş arası hərbi təcrübəsi olmayan, ən azı orta təhsilli kişilər cəlb olunur.

ISW bundan əvvəl Rusiyanın Nijni Novqorod vilayətində yerləşən Qərb Hərbi Dairəsində 15 minlik ordu korpusu yaratması barədə məlumat verib. Ehtimala görə, Kreml bu korpusu qismən də olsa könüllü batalyonlardan formalaşdırmağı planlaşdırır.

Bundan əlavə, regional könüllü batalyonların formalaşdırıldığı da bildirilir. Belə ki, Omsk vilayətinin qubernatoru Aleksandr Butkov deyib ki, onun vilayəti üç belə batalyonun – “İrtış”, “Avanqard” və “Om”un qurulmasını davam etdirir. Həmin qüvvələrin Donbasa göndəriləcəyi gözlənilir.

Butkov hökumətin adından batalyonlarla qoşulanlara 100 min rubl (təxminən 1612 dollar) birdəfəlik ödənişin ediləcəyini vəd edib. Amma bu vəsait yalnız üç aylıq xidmətdən sonra əldə olunacaq.

Teleqraf.com