Rusiya İrəvanı “VURMAĞA” BAŞLADI – Kreml Qarabağ ritorikasını dəyişirbackend

Rusiya İrəvanı “VURMAĞA” BAŞLADI – Kreml Qarabağ ritorikasını dəyişir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda yaşanan son hadisələr, Azərbaycan ordusunun Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə separatçılara qarşı keçirdiyi təmizləmə əməliyyatları dünya mediasının diqqət mərkəzindədir. Əvvəlcə ondan başlayaq ki, artıq beynəlxalq ictimaiyyət və xüsusən də mediası anlamağa başlayır ki, “Dağlıq Qarabağ” anlayışı mövcud deyil və arxivə atılıb. Bəlli olduğu kimi, illər uzunu xarici və xüsusən də Rusiya mediası bu terminlərdən geniş istifadə edib.

44 günlük Qarabağ zəfərindən sonra torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan nəinki böyük qələbəyə imza atdı, qondarma qurumu tarixin arxivinə atmaqla yanaşı, “Dağlıq Qarabağ” terminini də birdəfəlik ləğv olunduğunu açıqladı. Və beynəlxalq aləmi də bu reallığı qəbul etməyə çağırdı. Lakin erməni lobbisi və onun təsiri altında olan media, siyasilər, ara-sıra bu termini işlətməkdə davam edirlər. Təqdirəlayiq hal ondan ibarətdir ki, artıq bir sıra tanınmış media orqanları ermənilərin təzyiqlərinə baxmayaraq bu termindən istifadə etməməyə başlayıblar.

Bu sıraya artıq Rusiyanın dünyaca məşhur “Kommersant” qəzetini də daxil etmək olar. Qarabağda son təmizləmə əməliyyatına həsr olunan məqalədə bir yerdə də olsun “Dağlıq Qarabağ” kəlməsi işlədilməyib. Bəli, bunu həqiqətən də Azərbaycanın növbəti uğuru hesab etmək mümkündür. Nəşr təsdiq edir ki, erməni separatçıları Laçın dəhlizindən Xankəndinə gedən yoldan aktiv şəkildə istifadə edir, onun vasitəsilə müxtəlif hərbi vasitələr daşıyıblar. Və indi də həmin ərazilərdə nəzarət buraxılş məntələqərinin yerləşdirilməsinin vaxtı çatıb. Məqalədə rəsmi Bakının məsələ ilə bağlı mövqeyi də əks olunub.

“Keçid məntəqəsinin görünməsi qaçılmazdır. Yeganə məsələ onun vaxtı ilə bağlıdır”, deyə azərbaycanlı politoloq İlqar Vəlizadə “Kommersant”a bildirib. Onun sözlərinə görə, bunun üçün sərhədin təşkili və onu keçə biləcək şəxslərin müəyyənləşdirilməsi ilə bağlı müəyyən işlər görülməlidir. Ekspertin fikrincə, eyni zamanda, Azərbaycan hakimiyyəti çətin ki, Rusiya sülhməramlılarına inamı bərpa etsin. “Deyə bilərik ki, bizdə paritet var: sülhməramlılar bizim narahatlığımıza məhəl qoymur, biz isə sülhməramlıların bəyanatlarına məhəl qoymuruq. Sonda biz bu ziddiyyətlərdən arqument kimi istifadə edirik ki, onların işini daha 5 il uzatmayaq,” deyən Vəlizadə əlavə edir ki, “ancaq bu, bütövlükdə Rusiya ilə münasibətlərə təsir etməyəcək. Hər şeyi konkret missiyanın səmərəsizliyi ilə əlaqələndirə bilərsiniz”.

Ardınca Qafqaz İnstitutunun İrəvan direktoru Aleksandr İsgəndəryan Rusiyanı bölgədə fəaliyyətsizlikdə ittiham edib. İddia edib ki, sülhməramlılar olmasa Qarabağda yaşayan ermənilər etnik təmizləməyə məruz qalacaqlar. Onun sözlərinə görə, İrəvan Moskvadan Laçın dəhlizinin açılması üçün səy göstərməsini gözləyir, lakin əlavə edib ki, hazırda bu, real görünmür.

Milli.az