Rusiya məhbusları cəbhəyə cəlb edir?-VİDEObackend

Rusiya məhbusları cəbhəyə cəlb edir?-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın muzdlu “Vaqner” qrupunun nümayəndələrinin həbsxanadan əsgərliyə göndərilmək üçün könüllülər axtardığı iddia edilib. Sosial şəbəkələrdə paylaşılan videoda qrup rəhbərinin məhbuslara hərbi xidmət müqabilində cəzalarından azad olunacaqlarını vəd etdiyi görünür.

Editor.az xarici mediaya istinadən bildirir ki, görüntülərin xüsusilə Liviya və Suriyadakı fəaliyyəti ilə məşhur olan Vaqner Qrupuna aid olduğu iddia edilib. Videoda qrupun lideri Yevgeni Priqojin bir qrup məhbus qarşısında çıxış edərək 6 aylıq əsgərlik müqabilində həbs cəzalarını ləğv edəcəklərini, əks təqdirdə isə Ukrayna ilə müharibədə iştirak etmək istəməyən məhbusların edam olunması ilə hədələyib.

Onu da qeyd edək ki, videonun kim tərəfindən çəkildiyi, nə vaxt çəkildiyi və necə yayıldığı məlum deyil. Lakin video üzərində aparılan araşdırma göstərir ki, görüntülərdəki şəxs 70% ehtimalla Priqojindir. Priqojin Rusiya prezidenti Vladimir Putinin ən böyük dəstəkçilərindən biridir.

www.cnnturk.com/action/embedvideo/632400b3bf2144293411a7a8

//Safura Bənnayeva, Editor.az