Rusiya ordusuna məxsus iki SU-25 bir anda vuruldubackend

Rusiya ordusuna məxsus iki SU-25 bir anda vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Milli Qvardiyanın əsgərləri Zaporojye vilayəti üzərində Rusiya ordusuna məxsus iki təyyarəni bir anda vurublar.

Editor.az Milli Qvardiyanın Cənub Əməliyyat-Ərazi Assosiasiyasının məlumatına istinadən bildirir ki, işğalçılar Zaporojye istiqamətində döyüş təyyarələrindən fəal istifadə edirlər. Mayın 25-də onlar bir cüt Su-25-dən istifadə etməklə Ukrayna müdafiə qüvvələrinin mövqelərini darmadağın etməyə çalışıblar.

“Həmin vaxt Milli Qvardiyaçılar, “Zaporijjya Avenger” və onun silah qardaşları döyüş növbətçiliyində idilər. Qırıcılar düşmən təyyarələrini dəqiq müəyyənləşdirib və hava hədəfləri üzərində dəqiq işləyiblər”, – hərbçilər bildirib.

Milli Qvardiyanın atəş heyətinin döyüş işi nəticəsində ilk Su-25 təyyarəsi tamamilə məhv edilib – pilot müvəqqəti işğal olunmuş ərazi üzərində xilas ola bilib. İkinci Su-25 isə ciddi zədələnib və təcili eniş etmək məcburiyyətində qalıb. Ümumilikdə, Milli Qvardiyaçılar artıq 9-cu təyyarəni vurublar. “Beləliklə, müdafiəçilər düşmənin hava məkanında hökmranlıqla bağlı hesablamalarını puç ediblər”, – deyə xəbərdə vurğulanır.

 //Samir Qurbanov,Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!