Rusiya Polşa hava limanlarına zərbə endirə bilərbackend

Rusiya Polşa hava limanlarına zərbə endirə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ senatoru Marko Rubio Rusiya ordusunun döyüş meydanında bir sıra məğlubiyyətlərindən sonra Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hərbi yardımın çatdırıldığı nöqtələrə hücum əmri verə biləcəyini bildirib.

Bu, xüsuilə Polşadakı hava limanlarına aiddir. Editor.az bildirir ki. bu barədə CNN məlumat yayıb. “Əgər o (Vladimir Putin), əmin olsa ki, məsələn, NATO-nun, Avropanın və ABŞ-ın Ukraynaya göndərdiyi silah-sursat təkcə onun müharibəni uduzmasına deyil, həm də hakimiyyətni itirməsinə səbəb olacaq, çox mümkündür ki, Polşa daxil, bu təchizatın paylama məntəqələrinə zərbə endirsin”, – Rubio izah etdi. Senatorun sözlərinə görə, NATO ölkələrinin ərazisinə, məsələn, Polşanın hansısa hava limanına hücum ehtimalı indi onu çoxlarının danışdığı nüvə zərbəsi ehtimalından daha çox narahat edir. Bununla belə, Rubio Putinin Ukraynaya qarşı müharibədə qalib gələcəyi ssenarini təsəvvür edə bilmir.

“İndi Rusiya ordusunun qarşısında iki seçim var: artıq ələ keçirilən ərazini saxlamağa çalışmaq və bu, illərlə davam edə bilər, ya da geri çəkilmək”, – senator deyib.

  //Samir,Editor.az