Rusiya Qara dənizdə raket daşıyıcılarının sayını dördə çatdırıb.
Editor.az bildirir ki, bu barədə Ukrayna SQ “Cənub” Əməliyyat Komandanlığından məlumat verilib. Məlumata görə, Rusiya
Qara dənizdə raketdaşıyıcılarının mövcudluğunu artıraraq gəmi qruplaşmasının manevrlərini davam etdirir. İndi 15 gəmi arasında iki yerüstü və iki sualtı raketdaşıyıcı var ki, onların ümumi salvosu 24 kalibrə çata bilər. Bunlardan əlavə qruplaşmada üç böyük desant gəmisi də təmsil olunur.
//Samir Qurbanov, Editor,az