Rusiya “Şimal axını”nı kəsdi: AB indi nə edəcək?backend

Rusiya “Şimal axını”nı kəsdi: AB indi nə edəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Avropaya qaz göndərdiyi ən böyük boru kəməri olan “Şimal axını”nı 1 avqust ayında bağlayıb. Kreml dayandırılmasına səbəb kimi qaz turbinlərindən birində neft sızmasını göstərib. Rusiya Qərbin sanksiyaları səbəbindən texniki xidmət və təmiri həyata keçirə bilmədiyini iddia edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, qaz turbinləri istehsal edən Almaniyanın Siemens şirkəti mövcud nasazlığın qaz axınının kəsilməsini tələb edəcək bir nasazlıq olmadığını bəyan edib. Müzakirələrin mərkəzində olan “Şimal axını 1” boru kəməri Sankt-Peterburqda yerləşir. Sankt-Peterburq yaxınlığından başlayan və Baltik dənizinin dibi ilə Almaniyaya keçən bu 1200 km uzunluğunda boru kəməri gündə 170 milyon kubmetr qaz nəql etmək gücünə malikdir. Bu xəttə paralel olaraq inşa edilən “Şimal axını 2” xətti ötən il tamamlanıb, lakin Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Almaniya bu xətti açmamaq qərarına gəlib. Ukraynaya müdaxiləsi ilə elan etdiyi sanksiyalara görə, Rusiya qazının iki tərəf arasında silaha çevrildiyi görünür.

Qış yaxınlaşdıqca Rusiyanın Avropaya verdiyi qazı azaltmasından sonra qitədə enerji qiymətləri rekord qırır.

//Safura Bənnayeva, Editor.az