Rusiya terrorçuların nəzarətində olan Əfqanıstana sərmayə qoyacaqbackend

Rusiya terrorçuların nəzarətində olan Əfqanıstana sərmayə qoyacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Əfqanıstan ərazisinə nəzarət edən və Rusiya Federasiyasının rəsmi olaraq terror təşkilatı kimi tanıdığı Taliban hərəkatı ilə investisiya sazişi imzalayıb. Editor.az xəbər verir ki, bu barədə Taliban hökumətinin ticarət naziri vəzifəsini icra edən Hacı Nuriddin Əzizi Reuters-ə açıqlamasında bildirib.

Əldə edilən razılaşmalara əsasən, Rusiya Əfqanıstanın enerji, mədən sənayesi və infrastrukturuna sərmayə qoyacaq. Layihələr əfqan iş adamları ilə yanaşı, İran və Pakistan şirkətlərinin də daxil olacağı konsorsium çərçivəsində həyata keçiriləcək. Təxminən 1 milyard dollar dəyərində layihələrin həyata keçirilməsi ilkin olaraq planlaşdırılır. Qeyd edək ki, bu, Rusiya ilə Taliban arasında ilk əməkdaşlıq müqaviləsi deyil. Ötən ilin sentyabrında Rusiya Federasiyası Əfqanıstanın hazırkı hakimiyyət orqanları ilə beynəlxalq müqavilə imzalayan ilk ölkə oldu.

Əzizi təsdiqləyib ki, Rusiya artıq sentyabr müqaviləsi çərçivəsində Əfqanıstana neft, qaz və buğda tədarük etməyə başlayıb. Yüklər Mərkəzi Asiya ölkələrindən avtomobil və dəmir yolu ilə daşınır.

//Gülnarə Abasova, Editor.az