Rusiya – Ukrayna müharibəsi bu il başa çata bilər – alman nəşribackend

Rusiya – Ukrayna müharibəsi bu il başa çata bilər – alman nəşri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadakı müharibə 2024-cü ildə başa çata bilər.

Editor.az bildirir ki, bunu martın 27-də Almaniyanın “Die Welt” qəzetinin jurnalisti Kristof Şilts deyib. Nəşrin köşə yazarı qeyd edib ki, ABŞ-ın Ukraynaya hərbi və maliyyə dəstəyi faktiki olaraq sona çatır. Amerikada bu ilin noyabrında keçiriləcək prezident seçkilərinin nəticələrindən asılı olmayaraq, Ukraynaya maliyyə ayrılması kəskin şəkildə azalacaq.

Bununla yanaşı, Şilts vurğulayır ki, Avropa ölkələri Ukrayna ordusu üçün maliyyəni artırmaq və onu daha təkmil silahlarla təchiz etmək istəmir və buna görə də onun döyüş effektivliyi azalır. Jurnalistin sözlərinə görə, Rusiya ordusu 18 istiqamətdə hücum əməliyyatı keçirir və Ukrayna müdafiəsinin qırılması, cəbhənin dağılması və rus qoşunlarının Dnepr çayına çıxması Rusiya Federasiyasının qaçılmaz qələbəsini nümayiş etdirir. Jurnalist qeyd edir ki, Ukrayna Rusiya hakimiyyətinin şərtləri əsasında sülh sazişi bağlamağa məcbur olacaq.

Şilts həmçinin hesab edir ki, Ukrayna tərəfinin itirilmiş torpaqların geri qaytarılmasını iddia etmək imkanı yoxdur. Onun fikrincə, ölkə Rusiyanın hücumu zamanı digər ərazilərini də itirə bilər.

//Samir Qurbanov, Editor.az