Rusiya Ukraynanı 70 raketlə hədəfə alıbbackend

Rusiya Ukraynanı 70 raketlə hədəfə alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Hərbi Hava Qüvvələri Rusiya tərəfindən Ukrayna ərazisinə 70 raket atıldığını açıqlayıb. Bildirilib ki, Xmelnitski Atom Elektrik Stansiyası və Cənubi Ukrayna Atom Elektrik Stansiyası milli elektrik şəbəkəsindən ayrılıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, Rusiyanın Ukrayna ərazisinə raket hücumlarından sonra bir çox bölgədə elektrik enerjisinin kəsilməsi ilə yanaşı, Ukrayna Hərbi Hava Qüvvələri Rusiya tərəfindən Ukrayna ərazisinə 70 raket atıldığını və onlardan 51-nin qarşısı alındığını vurğulayıb.

Kiyev meri Vitali Kliçko verdiyi açıqlamada Rusiyanın 30-dan çox raketlə Kiyevi hədəf aldığını bildirib. Hazırda şəhərin bir hissəsində işıq və su yoxdur. “Bu gecə biz elektrik və suyu geri qaytarmaq üçün əlimizdən gələni edirik”-deyə o, qeyd edib.

//Safura Bənnayeva, Editor.az