Rusiya: “”Yeni START”la bağlı amerikalılarla əlaqə yoxdur”backend

Rusiya: “”Yeni START”la bağlı amerikalılarla əlaqə yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın qitələrarası nüvə ballistik raket imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyan Yeni Strateji Silahların Azaldılması Müqaviləsi (START) ilə bağlı addımların dəyişməli olduğunu bəyan edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Rusiyanın Tass xəbər agentliyinə müsahibə verən Lavrov gündəmdəki məsələlərlə bağlı açıqlama verərkən deyib.

“Yeni START ilə bağlı amerikalılarla heç bir əlaqə yoxdur. Qərarımıza etiraz olaraq bizə nota göndərirlər və bu qərarı qəbul etməyə haqqımız olmadığını izah edirlər. Bunlar hüquqi baxımdan əhəmiyyətsiz arqumentlərdir. Bu məsələdə ABŞ-la təmasları davam etdirmək üçün onlar öz davranışlarını dəyişməli və dövlətlərarası münasibətlərin aparılmasında Yeni START-da yer alan prinsiplərə riayət etməlidirlər”.

//Safura Bənnayeva, Editor.az