Rusiyada bir gündə 2 deputat öldübackend

Rusiyada bir gündə 2 deputat öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dövlət Dumasının “Vahid Rusiya” fraksiyasından olan deputatı Yaşarbek Uzdenov uzun sürən xəstəlikdən sonra 56 yaşında vəfat edib.

Edito.az  axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasında “Vahid Rusiya” fraksiyasının rəhbəri Vladimir Vasilyev bildirib.

V.Vasilyev fraksiyanın bütün deputatları adından Y.Uzdenovun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.

Yaşarbek Uzdenov Dövlət Dumasına 16 saylı seçki dairəsindən (Qaraçay-Çərkəz) seçilib.

Qeyd edək ki, bu gün həmçinin Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan deputatı Nikolay Borçov 77 yaşında vəfat edib.