Rusiyada qanunlar sərtləşdirilir: bu yerlərdə mitinq keçirmək qadağan edildibackend

Rusiyada qanunlar sərtləşdirilir: bu yerlərdə mitinq keçirmək qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin bəzi qanunvericilik aktlarına, o cümlədən mitinqlər haqqında qanuna dəyişiklik edilməsi haqqında federal qanunu imzalayıb. İmzalanan dəyişikliyə əsasən, dövlət orqanlarının binalarının qarşısında, eləcə də onlara yaxın yerlərdə mitinq keçirmək qadağandır.

Editor.az Rusiya mənbələrinə istinadən bildirir ki, yeni dəyişikliyə əsasən, aeroportların, dəmir yolu və avtomobil stansiyaları binalarının qarşısında, limanlarda, binaların və universitetlərin, məktəblərin və xəstəxanaların, habelə kilsələrin yerləşdiyi ərazilərdə mitinq keçirmək mümkün olmayacaq.

Eyni zamanda həyati təminat obyektlərinə, o cümlədən elektrik, istilik, su və qaz şəbəkələrinin işləməsini təmin edən ərazilərə bitişik yerlərdə də toplantılar və yürüşlər keçirmək qadağan ediləcək.

Qeyd edək ki, əvvəllər yalnız prezident iqamətgahının, məhkəmələrin, fövqəladə əməliyyat xidmətlərinin və Federal Penitensiar Xidməti müəssisələrinin binaları yaxınlığında yığıncaqlar, mitinqlər, yürüşlər və nümayişlər qadağan olunub.

//Samir Qurbanov,Editor.az