Rusiyadan Avropaya təhdid: “Qaz kəmərini bağlayacağıq”backend

Rusiyadan Avropaya təhdid: “Qaz kəmərini bağlayacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak Rusiyaya tətbiq edilən neftlə bağlı sanksiyaların qlobal problemlərə səbəb olacağını deyib. Editor.az-ın BBC-yə istinadən verdiyi məlumata görə o, Rusiyaya tətbiq edilən sanskiyalar nəticəsində alternativ bazarın olmaması səbəbindən neftin barrelinin 300 dollara yüksələ biləcəyini vuğulayıb.

“Əgər bizim neft və kimya məhsullarımıza qarşı sanskiyalar davam edərsə, biz də Avropaya gedən “Şimal Axını” kəmərini bağlayacağıq. Avropa qazın 30%, neftin isə 40% bizdən idxal edir. Bu gün və yaxın gələcəkdə bu bazarı dolduracaq alternativ yoxdur”-deyə baş nazirin müavini qeyd edib.

Qeyd edək ki, Rusiyaya tətbiq olunan sanksiyalar artıq Avropada qiymətlərin qalxması ilə müşahidə olunur.

//Nəzərbəy Hacıağayev, Editor.az