Rusiyadan Azərbaycana pul köçürmələri 4,9 % artıbbackend

Rusiyadan Azərbaycana pul köçürmələri 4,9 % artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ilin ilk altı ayında fiziki şəxslərin digər ölkələrdən Azərbaycana pul köçürmələri 1,6 milyard dolları ötüb. Bu, bir il əvvəlkindən 3,3 dəfə çoxdur.

Editor.az xəbər verir ki, bu barədə “Kommersant” yazıb. Nəşrin məlumatına görə, Rusiyadan Azərbaycana köçürmələr 4,9 dəfə artaraq 1,28 milyard dollara çatıb (2021-ci ilin ilk altı ayında bütün köçürmələrin 53,1%-nə qarşı 80%).
Birinci rübdə Rusiyadan fiziki şəxslər Azərbaycana 99,7 milyon dollar, ikinci rübdə 15,2% artımla 1,18 milyard dollar, Almaniya (29,1 milyon dollar, 2,8 dəfə artım) və Qazaxıstandan (17 milyon dollar – artım 8,8 %) pul göndəriblər.

Fiziki şəxslərin Azərbaycandan digər ölkələrə köçürmələri də 17,4 % artaraq 300,6 milyon dollara çatıb. Birinci yerdə Türkiyə (90,7 milyon dollar) qərarlaşıb. Rusiyaya transfertlər 18,2% azalaraq 44,9 milyon dollara, başqa sözlə desək 21,4%-dən 14,9%-ə düşüb.

//Samir,Editor.az