Rusiyalı fotosessiyadan sonra sevgilisinə 30 bıçaq zərbəsi vurubbackend

Rusiyalı fotosessiyadan sonra sevgilisinə 30 bıçaq zərbəsi vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada 34 yaşlı sevgilisini qətlə yetirən 33 yaşlı kişi saxlanılıb.

Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva üzrə İstintaq İdarəsindən məlumat verilib.

Məlumata görə, faciə yanvarın 3-də Polina Osipenko küçəsində yerləşən yaşayış binasının mənzilində baş verib. Müstəntiqlər mərhumun bədənində ən azı 30 bıçaq yarası aşkar ediblər.

Cütlüyün bir neçə günə Voloqdadan paytaxta gəldiyi bildirilir. Onlar bayram fotosessiyasında iştirak edib, sonra hər şeyin baş verdiyi kirayə mənzilə qayıdıblar. Qonşuların dediyinə görə, onlar qışqırıq və kömək yalvarışlarını eşidəndən sonra polisə müraciət ediblər.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb. Yaxın vaxtlarda istintaq şübhəlinin həbsi üçün məhkəməyə müraciət etməyi planlaşdırır.

Oxu.az