Rusiyanın parçalanmasının anonsu verildi: “Kursk respublikası” elan olunacaqbackend

Rusiyanın parçalanmasının anonsu verildi: “Kursk respublikası” elan olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Putin rejimindən azad edilməsi mərhələlərlə baş verə bilər – məsələn, Kursk bölgəsindən başlayaraq “parça-parça”.

Editor.az xəbər verir ki, bunu Kanal 24-ə müsahibəsində “Rusiya Azadlıq legionu”nun könüllüsü Aleksey Baranovski deyib.

“Hadisələrin bu cür inkişafı istisna deyil. Ola bilsin ki, bu, bu günün məsələsi deyil, amma gələcəkdə Rusiya ərazisində çox ciddi inqilabi proseslər başlayacaq və bunun nəticəsində regionlar azadlıq əldə edəcəklər. Ola bilsin ki, heç də hamısı deyil, bir-bir, hissə-hissə – mütləq”, – o, müstəqil “Kursk Xalq Respublikası”nın tezliklə elan edilməsi ilə bağlı yumoristik suala cavab verib.

Baranovski qeyd edib ki, indi Rusiyadakı mövcud rejimi tamamilə işğalçı hesab etmək olar, çünki Vladimir Putin uzun müddət dövlət hakimiyyətini qəsb edib və o, 2020-ci ildə də ömürlük “taxtda” qalmasını rəsmiləşdirmək üçün konstitusiya çevrilişi həyata keçirib. Eyni zamanda, könüllü qeyd edib ki, Rusiya ordusu hətta öz ərazisində belə, Ukraynadakı kimi – işğalçı kimi davranır.

“Onlar elə bilirlər ki, biz filan küçədəyik, orada hər cür texnika ilə atəş açmağa başlayırlar. Ancaq çoxdandır ki, orda deyilik və sadə vətəndaşların yaşayış binaları hücuma məruz qalır. Putinistlərin vecinə deyil. Bu barədə Ukraynada da eyni şəkildə davranmağa öyrəşiblər. Rusiyada daxili işğal var”, – Baranovski deyib.

//Samir Qurbanov, Editor.az