Rusiyanın Vaşinqtondakı səfiri: Qərbin Rusiyaya qarşı sanksiyaları uğursuzluğa məhkumdurbackend

Rusiyanın Vaşinqtondakı səfiri: Qərbin Rusiyaya qarşı sanksiyaları uğursuzluğa məhkumdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb ölkələrinin Rusiyaya qarşı sanksiya siyasəti iflasa məhkumdur.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib. O, vurğulayıb ki, ABŞ-da enerji şirkətləri cari enerji böhranından “mənfəət” əldə edərkən, Avropa siyasəti və iqtisadiyyatı getdikcə Vaşinqtondan asılı vəziyyətə düşür.

“Ölkəmizə qarşı kollektiv Qərbin düşüncəsiz və tamamilə cahil sanksiya siyasəti, açıq sanksiya və informasiya müharibəsi iflasa məhkumdur. Bunlara baxmayaraq, Rusiya öz müstəqilliyini möhkəmləndirir. Enerji ixracından əldə olunan gəlirlər durmadan artır. Qərb ölkələrində adi vətəndaşların vəziyyəti sürətlə pisləşir”, – deyə Antonov əlavə edib. Bildirilib ki, Moskva bütün dünyada ehtiyacı olan ölkələrə ən yüksək səviyyədə yardım göstərmək təşəbbüsünü bir daha təsdiqləyir.

//Gülnarə Abasova, Editor.az