“Ruslar demək olar ki, Baxmutun mərkəzinə çatıblar”- ISWbackend

“Ruslar demək olar ki, Baxmutun mərkəzinə çatıblar”- ISW

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Müharibə Araşdırmaları İnstitutu (ISW) rusların Baxmutda – şəhərin cənubundan mərkəzinə və şimal-qərbinə doğru irəlilədiyini müəyyən edib.

Editor.az ISW analitiklərinin məlumatına istinadla xəbər verir ki, Wagner PMC-nin qurucusu Yevgeni Priqojin martın 27-də Baxmut şəhər şurasından bir kilometr cənub-şərqdə 5-ci məktəbin binasında olub. Həmçinin ISW rusların şəhərin şimal-qərbində, sənaye zonasında və Zelenaya və Aleksandra Kolpakova küçələri boyunca irəlilədiyini bildirib.

Baxmuta hücumda “Vaqner” PMC-nin muzdlularına rus ordusunun nizami bölmələri kömək edir.

//Gülnarə Abasova, Editor.az