Ruslar öz əsgərlərinin döyüş meydanından kütləvi qaçışını dayandırmaq üçün arxa cəbhədə “mühafizə dəstələri” yaradırlar.backend

Ruslar öz əsgərlərinin döyüş meydanından kütləvi qaçışını dayandırmaq üçün arxa cəbhədə “mühafizə dəstələri” yaradırlar.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az zbildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Facebook-da məlumat yayıb.

“Ukrayna Müdafiə Qüvvələrinin uğurlu fəaliyyəti nəticəsində işğalçı qüvvələrin şəxsi heyəti arasında panikanın güclənməsi və müharibədə iştirakdan imtina hallarının kütləvi hal alması müşahidə olunur. Vəd edilmiş pul dəstəyinin vaxtında və tam ödənilməməsi səbəbindən vəziyyət daha da gərginləşib. Yeganə motivasiyası maddi dəstək olan hərbi qulluqçular ya Rusiya ərazisinə qayıtmaq, ya da təslim olmaq üçün imkan axtarırlar”, – kəşfiyyat xidməti bildirib.

“İzyum istiqamətindən Donetsk vilayətinə çəkilən işğalçılar döyüş sursatı və yanacağın çatdırılmasını gözləyirlər. Geri çəkilmə zamanı bölmələr demək olar ki, bütün silah və texnikanı ya istifadə, ya da buraxmağa məcbur olublar. Onlar vəd edilən silah-sursatdan gəlməməsindən şikayət edirlər”, – məlumatda deyilir.

//Samir,Editor.az