Ruslar Şimal dənizində Hollandiyaya qarşı təxribat törətmək istəyibbackend

Ruslar Şimal dənizində Hollandiyaya qarşı təxribat törətmək istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Şimal dənizində Hollandiyaya elektrik verilişini dayandırmaq üçün təxribat törədə biləcək nöqtələr tapmağa çalışıb.

Editor.az bildirir ki, bu barədə NOS resursu məlumat yayıb. Məlumata görə, Hollandiya hərbi kəşfiyyatı MIVD-nin direktoru Yan Svillens bildirib ki, ruslar hətta bunun üçün xüsusi xəritə yaratmağa çalışıblar. Belə ki, bir neçə ay əvvəl Hollandiya yaxınlığında dənizdə külək stansiyaları haqqında məlumat toplamağa çalışan Rusiya gəmisi aşkar edilib. Swillensin sözlərinə görə, “gəmi ilə vaxtında mübarizə aparılıb” və təhlükə aradan qaldırılıb. Bundan əlavə onlarda külək stansiyaları ilə yanaşı, internet kabelləri və qaz kəmərləri haqqında da vacib məlumatlar var idi.

Rusiya kəşfiyyatına yuxarıda göstərilən obyektlər üzrə kartoqrafik məlumatlar lazım olub. Hollandiya xüsusi xidmət orqanlarının fikrincə, Rusiya Federasiyasının bu cür hərəkətləri təxribata hazırlıqdır. Kreml xidmətlərinin başqa obyektlərə, o cümlədən içməli su ilə bağlı olan obyektlrə də hücum etməsi də mümkün idi.

Qeyd edək ki, bu yaxınlarda Hollandiya növbəti dəfə rus diplomatlarını ölkədən çıxarıb. 2022-ci ildə ölkədən çıxarılan rus diplomatların sayı 17 nəfər olub. Amsterdam da kəşfiyyatçı olan rusların diplomatik missiyalarda işləməsinə icazə vermir.

  //Samir Qurbanov, Editor.az