S-400-lərin ikinci partiyası Türkiyəyə gəlirbackend

S-400-lərin ikinci partiyası Türkiyəyə gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 S-400 zenit-raket komplekslərinin (ZPS) ikinci alayının Türkiyəyə tədarükü ilə bağlı müqavilə imzalanıb və bu müqavilə çərçivədə sistemin ayrı-ayrı komponentlərinin istehsalının lokallaşdırılması nəzərdə tutulub.

Editor.az xəbər verir ki, bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (FSVTS) rəhbəri Dmitri Şuqayev məlumat verib. Lakin bu müqavilənin nə vaxt bağlandığı haqda heç bir məlumat verilib. Cənab Şuqayev “Ordu-2022” forumu tədbirləri zamanı TASS-a bildirib ki, artıq sözügedən müqavilənin praktiki icrası aparılır. “Gələcək illərdə hər hansı bir dövlətin öz performans xüsusiyyətlərinə görə S-400 “Triumf” hava hücumundan müdafiə sisteminə yaxın bir sistem yarada biləcəyinə inanmaq üçün heç bir əsas yoxdur”, – FSVTS rəhbəri bildirib.

Qeyd edək ki, Moskva və Ankara 2017-ci ildə S-400-lərin tədarükünə dair müqavilə imzalayıb. Türkiyə bu sistemləri alan ilk NATO ölkəsi olub. ABŞ Türkiyədən S-400 almaqdan imtina etməyi tələb edərək, Türkiyəni F-35 qırıcılarının istehsalı proqramından kənarlaşdırıb və Ankaraya qarşı sanksiyalar tətbiq edib. Vaşinqton hətta S-400-ləri Ukraynaya verməyi də təklif edib. Türkiyə isə bütün bu təzyiqlərə baxmayaraq, Rusiyadan S-400 almağa davam edəcəyini bildirib.

 Samir Editor.az