Salyanda avtomobil yük maşınına çırpılıb: Ölən və xəsarət alan var – FOTObackend

Salyanda avtomobil yük maşınına çırpılıb: Ölən və xəsarət alan var – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 20-si saat 00:30 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində iki nəqliyyat vasitəsi toqquşub.

Bu barədə Editor.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, 1986-cı il təvəllüdlü Qoşqar Teymurzadənin idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə Astara istiqamətində hərəkətdə olarkən 1976-cı il təvəllüdlü Zaur Ağayevin idarə etdiyi “KamAZ” markalı avtomobilə arxadan çırpılıb.

Nəticədə minik avtomobilində olan sərnişin 1954-cü il təvəllüdlü Faiq Ağa aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişin 1994-cü il təvəllüdlü Ülkər Məmmədova isə xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.