Sauli Niinistye: Finldndiya Ukraynaya tanklar verməyə hazırdırbackend

Sauli Niinistye: Finldndiya Ukraynaya tanklar verməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya prezidenti Sauli Niinistye ölkəsinin Ukraynaya tanklar tədarük etməyə və Ukrayna Silahlı Qüvvələrinə onlardan istifadə üzrə təlim keçməyə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, bu, Ukrayna üçün Avropada böyük tank bölməsi yaratmağa imkan verəcək. Editor.az bildirir ki, o, hansı tanklardan bəhs edildiyini açıqlamayıb. “Bir tankı buradan və digərini başqa yerdən götürmək kifayət deyil.

Biz Avropada güclü diviziya yaratmalıyıq və belə bir bölgü yaratmaq imkanını müzakirə edirik. Finlandiya tərəfində biz iştirak variantlarını nəzərdən keçiririk. Biz öz tərəfimizdən bildiririk ki, Ukrayna hərbçilərinə təlim keçə bilərik”, – Sauli Niinistye deyib. Qeyd edək ki, Ukrayna ordusunun təlimləri hazırda Almaniya, Polşa və Böyük Britaniyada keçirilir.

  //Samir Qurbanov, Editor.az