Səudiyyə Ərəbistanı İranla “barışdı”backend

Səudiyyə Ərəbistanı İranla “barışdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı və İran qarşılıqlı hərbi təcavüzün qarşısını almaq üçün müdafiə və təhlükəsizlik sahəsində öhdəlik götürüblər.

Editor.az bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının yüksək vəzifəli nümayəndəsi bildirib. Onun sözlərinə görə, tərəflər bir-biri ilə hərbi qarşıdurmaya getməmək, həmçinin bir-birinin maraqlarına qarşı yönəlmiş kəşfiyyat fəaliyyəti həyata keçirməmək barədə razılığa gəliblər.

Bundan əlavə, rəsmi Ər-Riyad İrana hücum üçün üçüncü ölkələrə ərazi verməyəcəyinə söz verib. Səudiyyə rəsmisi bildirirb ki, tərəflər Yəməndəki münaqişənin həlli ilə də bağlı razılığa gəliblər. Eyni zamanda, tərəflər JCPOA-ya qayıtmaq məsələsini qaldırmayıblar.

  //Samir Qurbanov,Editor.az