Sevil Nuriyevanın rus sülhməramlıları ilə bağlı sualına Ərdoğandan TARİXİ CAVABbackend

Sevil Nuriyevanın rus sülhməramlıları ilə bağlı sualına Ərdoğandan TARİXİ CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bilirsiniz ki, bizim, onsuz da, Azərbaycanla hərbi təlim mövzusunda müqavilələrimiz var. Son olaraq bu müqaviləni parlamentimizdə qəbul etdik. Bu əməkdaşlığımızla təlim-tədris nöqtəsindəki razılaşma aramızdakı həmrəyliyi daha fərqli platformalara daşıyacaq. Bununla bağlı Rusiya ilə aramızdakı bağları həmrəylik çərçivəsində möhkəmləndirdik. Bunu Cənab Putinlə də müzakirə etdik. Türkiyə hazırda Azərbaycan torpaqlarında bu təlim-tədrisi həyata keçirəcəyi kimi azərbaycanlı əsgərlər də ölkəmizdə təlim-tədris prosesinə qatıla bilir ki, onsuz da, qatılır. Yenə də qatılacaq. İnşallah Azərbaycan Türkiyəsiz olmayacaq”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan səfərindən ölkəsinə geri qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı jurnalist Sevil Nuriyevanın “Qarabağa rus sülhməramlılarının gəlişi Azərbaycan ictimaiyyətində təşvişə səbəb oldu. Amma Türkiyənin gəlişi ilə bu narahatlıq keçdi. Bundan sonra Türkiyənin mövcudluğunu meydanda görə biləcəyikmi” sualına cavab olaraq deyib.

Ərdoğan bildirib ki, Türkiyə Azərbaycanla siyasi, hərbi, iqtisadi, diplomatik, mədəni və başqa bütün sahələrdə əməkdaşlığı davam etdirəcək. Sadəcə prezidentlər səviyyəsində deyil, nazirlər və digər qurumlar səviyyəsində də bu əməkdaşlıq davam edəcək.