“Siyasi partiyalar haqqında” yeni qanun: siyasi fəallığın artırılması əsas hədəflərdən biridirbackend

“Siyasi partiyalar haqqında” yeni qanun: siyasi fəallığın artırılması əsas hədəflərdən biridir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT:6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;

Siyasi partiyalar öz ideoloji konsepsiyaları ilə cəmiyyətə təsir etmə mexanizmini həyata keçirtmək imkanına malikdir. Ancaq Azərbaycanda uzun illər qeydiyyatda olan siyasi partiyaların  fəaliyyətlərində sönüklük müşahidə olunub.

2022-ci il Milli Məclisin sonuncu plenar iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul olunub. Bu sənədin qəbulu islahatların inkluzivliyini genişləndirməsinə və siyasi sferada əməkdaşlıq platformasının inkişafına xidmət edəcək.

Eyni zamanda məlumdur ki, dövlətin əsas hədəflərindən biri insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılmasıdır. Vətəndaşların siyasi fəallığının artmasında, siyasi mədəniyyətlərinin yüksəlməsində siyasi partiyaların rolu da çox mühümdür.

Maraqlıdır, qəbul olunan yeni “siyasi partiyalar haqqında” qanunda bu istiqamətdə hansı məsələlər yer alıb?

Milli Məclisin deputatı Vüqar Bayramov Editor.az-a bildirib ki, “Siyasi partiyalar haqqında” qanunun qəbul edilməsinin əsas məqsədlərindən biri məhz siyasi arenanın daha da gücləndirilməsi və bu istiqamətdə islahatların davam etdirilməsidir:

” Etiraf etmək lazımdır ki, son illər siyasi arenada həm əməkdaşlıq platforması formalaşmaqda, müxalifət partiyaları ilə hakimiyyət,  iqtidarla müxalifət partiyaları arasında əməkdaşlıqların gücləndirilməsi müşahidə edilir. Ümummilli məsələlərdə əksər siyasi partiyaların vahid mövqe nümayiş etdirməsi də məhz bu əməkdaşlığın nəticəsidir. Siyasi arenada islahatların davam etdirilməsi ilə bağlı ölkədəki güclü siyasi iradə mövqeyindən asılı olmayaraq bütün dövlətçi partiyalar üçün yeni imkanlar yaradır. Bu qanunun qəbul edilməsi həmin imkanları daha da gücləndirəcək”.

Millət vəkili əlavə edib ki,  yeni qanunun qəbulu həm siyasi partiyaların müstəqilliyi, dövlət büdcəsindən ayrılan vəsaitə çıxış imkanlarının genişləndirilməsi baxımından vacib hesab olunur: ” Bunlar siyasi arenanın güclənməsinə, partiyalar arasında əməkdaşlıq platformasının dərinləşməsinə imkan yaradacaq. Məqsəd bütövlükdə ölkədə siyasi müstəvinin daha da gücləndirilməsidir”.

Editor.az-a açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib ki, Milli Məclis tərəfindən “Siyasi Partiyalar haqqında” yeni qanunun qəbul edilməsi zamanın tələbi idi:

“Hesab edirəm ki, 20-ci əsrin sonlarında qəbul edilmiş sözügedən qanun artıq öz işləklik mexanizmini itirmişdi. “Siyasi partiyalar haqqında” yeni qanun Azərbaycan siyasi partiyalar sisteminə yeni nəfəs gətirəcək. Hansı ki, bu, birə beş misli ilə Azərbaycanın siyasi proseslərində vətəndaş fəallığını artırmış olacaq. Azərbaycanda vətəndaşların siyasi mühitdən uzaq durması, bilavasitə iştirakçı yox, izləyici rolunu alması prosesi dəyişəcək. Hesab edirəm ki, hər bir vətəndaş ölkəsinin siyasi mühitində, idarəçiliyində rol almalı, seçkili orqanlarında aktiv və ya passiv seçici hüququndan mütləq şəkildə istifadə etməlidir. Hər bir şəxsin siyasi kimliyinin olması vacibdir. Mümkün deyil ki, əqidəsiz, tərəfsiz insan  olsun. Bir şəxs ki, öz övladlarının gələcəyinə biganə qalırsa və bunun fonunda ölkəsinin siyasi prosesində iştirakçılıq payından imtina edirsə, demək ki, o, vətəndaşlıq hüququndan imtina etmiş olur”.

Partiya sədrinin sözlərinə görə, əksər dünya ölkələrində hər bir vətəndaşın bir siyasi kimliyi, mövqeyi olur:

” Azərbaycanda buna nail olmaq üçün qanunda yeni dəyişiklər vacib idi. Ardınca seçki məcəlləsində də dəyişikliklər edilməli, konstitusiya islahatları aparılmalıdır. Mütləq ki, “siyasi partiyalar haqqında” qanun konstitisyon qaydada müdafiə edilməlidir. Siyasi proseslərdə vətəndaşların aktiv iştirakçılığını  yalnız qanunla təmin etmək olmayacaq. Yəni, ölkə vətəndaşlarının siyasi proseslərdə kütləvi şəkildə iştirakını təmin etmək üçün yeni qanun prosesin yalnızca tərkib hissəsidir. Ancaq konstitusiya islahatları həyata keçirilərsə, referendum olarsa, heç şübhəsiz ki, bu siyasi partiya və vətəndaş cəmiyyətinin seçkilərdə iştirakçılıq payı baxımından prosesə böyük töhfə vermiş olar”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.