ŞOK! Rusiya-Ukrayna danışıqlarının iştirakçılarını zəhərləyiblərbackend

ŞOK! Rusiya-Ukrayna danışıqlarının iştirakçılarını zəhərləyiblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 3-dən 4-nə keçən gecə Ukrayna və Rusiya arasında danışıqlarda iştirak edən qrupun üç üzvündə kimyəvi silahdan zəhərlənmə əlamətləri aşkarlanıb. 

Editor.az bu barədə “UNİAN”a  istinadən xəbər verir. Bellingcat istintaq qrupunun yaydığı həmin məlumata görə, zəhərlənənlərdən biri danışıqlar aparan rus oliqarxı Roman Abramoviçdir.

Amerikanın “The Wall Street Journal” qəzeti mənbələrə istinadən yazır ki, mart ayının əvvəlində Kiyevdə keçirilən görüşdən sonra Abramoviç və danışıqlarda iştirak edən ukraynalılarda zəhərlənməyə bənzər simptomlar meydana gəlib.

Mənbələr iddia edilən zəhərlənmədə Moskva sülh danışıqlarını sabotaj etmək istəyən xəttin tərəfdarlarını günahlandırıblar.

Nəşrin məlumatına görə, danışıqlar qrupunun Ukrayna tərəfindən üzvü, xalq deputatı Rustem Umerov da zərər çəkib. Jurnalistlər öyrəniblər ki, siyasətçi artıq sağalıb və onun həyatına heç bir təhlükə yoxdur.

Hadisəni tədqiq edən qərb ekspertləri bildiriblər ki, simptomların kimyəvi və ya bioloji mənşəli olduğunu, yaxud da elektromaqnit şüalanmadam meydana gəldiyini müəyyən etmək çətindir.

//Editor.az