Bakıda baş verən silahlı insidentlə bağlı Kliniki Tibbi Mərkəzə 2 nəfər güllə yarası ilə daxil olub.
Mərkəzdən verilən məlumata görə, həmin şəxslər reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Hadisə nəticəsində 3 nəfərin güllələndiyi bildirilir.
——–
14:51
Bakıda atışma olub.
Hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb.
Silahlı insidentlə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, araşdırma aparılır.
Facebook Notice for EU!
You need to login to view and post FB Comments!