“Şöşü” 53 yaşlı kişini bıçaqladı – Fakt araşdırılırbackend

“Şöşü” 53 yaşlı kişini bıçaqladı – Fakt araşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samuxda bıçaqlanma hadisəsi baş verib.

Editor.az  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qiyaslı kəndində qeydə alınıb.

1968-ci il təvəllüdlü Əhmədov Rövşən Qədir oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, hadisə əkin sahəsində olub. 53 yaşlı kişini “Şöşü” adlı tanışı bıçaqlayıb.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.