“Sülh” vasitəçilərinə sığınıb, sülhü gecikdirən Ermənistan – İrəvan çabalayırbackend

“Sülh” vasitəçilərinə sığınıb, sülhü gecikdirən Ermənistan – İrəvan çabalayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərəfləri sülhə çağıran vasitəçilər normallaşma prosesinə hər vəchlə zərbə vurmağa çalışan, iki ölkə arasında sülh müqaviləsinin imzlanmasını ləngitməyə çalışan Ermənistanı və onun Qarabağdakı qanunsuz silahlı birləşmələrini görməzdən gəlməyə davam edir.

Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Xəbərdarlıqlara baxmayaraq, mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutub.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında baş tutan Vaşinqton görüşü iki ölkə arasında münasibətlərin normallaşması, sülhə addım kimi görünsə də, reallıq tam fərqlidir. Ermənistan sülhə maraqlı deyil və bunu hər fürsətdə göstərməyə davam edir. Ermənistan tərəfindən sərhəddə təxribatın mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüş fonunda törədilməsidə də bunun göstəricisi idi.

İrəvan kənardan, özünün belə hardan gələcəyini dəqiqləşdirə bilmədiyi yardım əlinə ümid bəsləyərək yeni reallıqları inkar edir. Yeniliklərə açıq olmadığı elə davranışlarından bəllidir. 30 illik işğal boyunca və işğaldan sonrakı dövrdə eyni təxribatlar, eyni iddialar…

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşdə də Ermənistan hər zaman olduğu kimi gözlədiyi nəticəni ala bilmədi. Ş.Mişel görüşün yekunlarına dair mətbuata açıqlaması zamanı qeyd edib ki, əsas diqqət Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə yönəldilmişdi.

“Bu yaxınlarda sülh sazişi ilə bağlı ABŞ-da keçirilmiş müsbət danışıqlardan sonra bu impuls saxlanılaraq Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır”, – deyə bəyanatda qeyd edilib.

Mətbuata bəyanatdan dərhal sonra Ermənistanın daha bir uğursuz çırpınışı gecikmədi. Mayın 14-ü saat 20:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini 60 mm minaatanlardan atəşə tutdu.

Vasitəçilərlə keçirilən görüşlərdən Ermənistanın hər hansı bir gözləntisi olmadığı, sülh tərəfdarı olmadığı destruktiv yanaşmasından bəllidir. Azərbaycan isə bir daha sərgildəyi mövqe ilə, sülh tərəfdarı olması və sülhü təklif edən tərəf olmasını hər kəsə sübut etdi. Ermənistan görüşlərdən öncə sərhəddə təxribatlar törədərək gündəliyi dəyişməyə çalışsada, reallıq göz qabağındadır. Bu cür manipulyativ davranışlarla İrəvan yalnızca xalqını aldadıb vaxt qazana bilər.

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan yenə də beynəlxalq platformada qəbul etdi ki, Qarabağ Azərbaycandır. Baxmayaraq ki, Paşinyan ara-sıra bu cür sülh tərəfdarı olması yönündə çıxşlar edir. Lakin görünür bu çıxışlar sadəcə beynəlxalq arenadan xal yığımağa hesablanıb.

Ermənistanın sülhə tezliklə razı olması və qəbul etməsinə inanmaq yumşaq desək sadəlövhlük olardı. Necə ki, onlar hələ də sədaləövhcəsinə revanşist düşüncələrə sahibdir və yaranan reallığı dəyişə biləcəyinə ümid bəsləyirlər. Bu zaman qədər kənardan gələn düşüncə və fikirlərlə idarə olunan və hərəkət edən, xalqının gələcəyini günbəgün qaranlıqlaşdırmağa davam edən Paşinyan qarşısına çıxan şansı əldən buraxmağa davam edir. Arxasında duran qüvvələrə güvənərək sülhü gecikdirməyə çalışıb vaxt qazanmağa çalışsa da, gözlədiyi və istədiyi nəticəni əldə edə bilmir. Gec ya tez ona dəstək olan havadarları da nəticəsizlikdən və zəif dövlətə daima dəstək olmaqdan boyun qaçıracaq.

Maraqlıdır ki, regionda sülhə vasitəçilik etmək istəyənlər, danışıqlar təşkil edənlər Ermənistanı bu düşüncələrdən çəkindirmədən sülhə nail oluna biləcəyini necə düşünürlər?

Azərbaycan üçün əsas nəticədir. Ermənistanın nə düşündüyündən və nə etdiyindən asılı olmayaraq, Azərbaycan öz hədəflərinə addım-addım çatır.

Trend