Tanınmış vəkilin həbsxanada MEYİTİ TAPILDI – FOTObackend

Tanınmış vəkilin həbsxanada MEYİTİ TAPILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danıştay-a (Türkiyənin inzibati məhkəmə orqanı) hücumu təşkil edən vəkil Alparslan Arslan Maltepe Həbsxanasında saxlanıldığı kamerada ölü tapılıb.

Arslanın özünü zibil torbası ilə asaraq intihar etdiyi məlum olub.

Keçmiş vəkilin ölümünün dəqiq səbəbi Ədliyyə Tibb Qurumunda aparılan müayinələrdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, 17 may 2006-cı ildə Alparslan Arslan vəkillik vəsiqəsini göstərərək üzəri yoxlanılmadan girdiyi Danıştay binasında iclasda olan 5 nəfərlik 2-ci Palata komitəsinə hücum edib. Hücum zamanı hakim Mustafa Yücel Özbilgin həyatını itirib, 4 şəxs yaralanmışdı.

Milli.az