Tayvan böhranına Rusiya da qatıldı-Putindən sərt sözlərbackend

Tayvan böhranına Rusiya da qatıldı-Putindən sərt sözlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 15-də Özbəkistanın paytaxtı Səmərqənddə başlayan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında görüş keçirilib. Liderlərin sammitində diqqət çəkən məqam ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Asiya turu çərçivəsində səfər etdiyi Tayvan olub.

Editor.az xarici mediaya istinadən bildirir ki, sammitdə iştirakı zamanı Rusiya Prezidenti Vladimir Putin ABŞ-Çin gərginliyində Çinin yanında olduqlarını bildirib. Eyni zamanda, “Vahid Çin” prinsipinə qətiyyətlə bağlı olduqlarını da qeyd edib.

Putin çıxışında dünyanın sürətlə dəyişdiyini lakin dəyişməyən yeganə şey Çin və Rusiya arasındakı dostluq olduğunu vurğulayıb. Onun sözlərinə görə, Rusiya-Çin dövlətlərarası əməkdaşlığı bir model hesab etmək olar. Moskva və Pekin xarici siyasət dueti qlobal və beynəlxalq əlaqələrin təmin edilməsində, regional sabitlik yaradılmasında əsas rol oynayır. Çin və Rusiya arasındakı ticarət məlumatlarına dair rəqəmləri ötürən Putin, iki ölkə arasında əlaqələrinin gündən-günə artdığını bildirib.

//Safura Bənnayeva, Editor.az