Təl-Əvivdə terror aktı törədən şəxsin kimliyi məlum olubbackend

Təl-Əvivdə terror aktı törədən şəxsin kimliyi məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cümə axşamı, martın 9-u axşam saatlarında Tel-Əvivin mərkəzində yoldan keçənlərin gülləbaran edilməsi anı videoya düşüb. Atəş açan şəxsin kimliyi müəyyən edilib.

O, radikal HƏMAS hərəkatında iştirak etmiş, əvvəllər məhkum olunmuş fələstinli olub. İsrail hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirib. Qeyd edək ki, bir nəfər silahlı Tel-Əvivdə üç mülki vətəndaşı yaralayıb. Terrorçu polis tərəfindən zərərsizləşdirilib”, – deyə hüquq-mühafizə orqanlarının mətbuat xidməti məlumat yayıb. Zərərçəkənlərin “müxtəlif dərəcəli bədən xəsarətləri aldığını” qeyd edilir.

Kan radiosunun məlumatına görə, yaralılardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu hadisədən sonra çıxış edib. İsrail hökumətinin başçısı Təl-Əvivdəki hücumu ciddi terror aktı adlandırıb.

  //Samir Qurbanov, Editor.az