Türkiyə hökuməti ABŞ-dan F-16 qırıcıları istəməkdə səhv edib, çünki..backend

Türkiyə hökuməti ABŞ-dan F-16 qırıcıları istəməkdə səhv edib, çünki..

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankara Amerika “F-16”-nı almaqdan imtina edə bilər.

Editor.az bildirir ki, belə bir bəyanatla bazar ertəsi, martın 6-da Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağrı Erhan çıxış edib.

Onun sözlərinə görə, “İnanıram ki, zəlzələlərdən sonra Türkiyə “F-16” tələblərindən imtina edəcək, çünki onun dəyəri 20 milyard dollardır”. Erhan bildirib ki, Türkiyə hökuməti ABŞ-dan “F-16” qırıcıları istəməkdə səhv edib, çünki ABŞ Konqresimüxtəlif bəhanələrlə hələ də onları verməkdən imtina edir. Bu təyyarələr artıq köhnəlib, digərləri ilə müqayisədə rəqabət qabiliyyətini itirib.

Siyasətçinin fikrincə, Ankara çinli və ya rus qırıcılarına, eləcə də avropalı “Eurofighter”ə diqqət yetirməlidir. Xatırladaq ki, bu ilin yanvarında “Bloomberg” Türkiyə Vaşinqton “F-16” qırıcıları ilə təmin etməyə təqdirdə İsveçi Şimali Atlantika Alyansına qəbul etməyə razılıq verməyəcək.

//Samir Qurbanov,Editor.az