Türkiyə Rusiya qazının 25-ni rublla ödəyəcəkbackend

Türkiyə Rusiya qazının 25-ni rublla ödəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyadan Türkiyəyə tədarük olunan qazın 25%-nin rublla ödənilməsinə dair razılaşma yaxın vaxtlarda qüvvəyə minəcək.

Editor.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar zamanı bildirib. “Rusiya mənşəli təbii qazın Türkiyəyə tədarükünün 25%-nin Rusiya rublu ilə ödənilməsi ilə bağlı müqavilə işə düşməlidir”, – deyə Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı bildirib.

Sentyabrın 6-da “Sibirin Gücü” vasitəsilə Çinə qaz tədarükü üçün ödənişin rubl və yuanla bərabər nisbətdə köçürülməsi də məlum olub. “Qazprom”un rəhbəri Aleksey Millerin sözlərinə görə, enerji əməliyyatlarında rubldan istifadə hesablamaları sadələşdirir və iqtisadiyyatın inkişafına “əlavə təkan” verir.