Türkiyə səfiri İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdibackend

Türkiyə səfiri İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla onların tapşırığı ilə bu yardımları toplayıb Türkiyəyə göndərən bütün şəxslərə təşəkkür edirəm”.

Editor.az xəbər verir ki, bunu Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı BTQ ilə qardaş ölkə üçün yığılan yardımların yolasalınma mərasimində deyib.

Səfir qeyd edib ki, Azərbaycan həmişə olduğu kimi bu dəfə də Türkiyəyə qardaş əlini uzadıb:

“Türkiyədəki qardaşlarımız qarın altında üşüdüyü halda mən isti evimdə otura bilmərəm” deyərək öz yorğanını, döşəyini Türkiyəyə göndərən qardaş və bacılarımıza təşəkkür edirəm. Biz Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə bu problemin də öhdəsindən gələcəyik.

Türkiyə milləti Azərbaycanın çətin günün dostu olduğunu heç vaxt unutmayacaq. Allah heç zaman bizə belə kədər yaşatmasın”.