Türkiyədə partiya sədrindən seçkilərlə bağli şok açıqlamabackend

Türkiyədə partiya sədrindən seçkilərlə bağli şok açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident seçkiləri dövründə ABŞ Türkiyədə əsl “qanlı qırğın” təşkil edəcək.

Editor.az xəbər verir ki, belə bir xəbərdarlıqla türkiyəli siyasətçi, “Ana Vətən Partiyası”nın lideri Doğu Perinçek çıxış edib. Perinçek mətbuatın diqqətini bir müddət əvvəl Amerika qəzetlərinin manşetlərində prezident seçkiləri zamanı Türkiyədə başlanacağı iddia edilən “qanlı qırğın”la bağlı ifadələrin çox işlədilməsinə yönəldib.

Siyasətçi əmindir ki, Birləşmiş Ştatlar bu yolla çoxlu qurbanlarla nəticələnəcək dəhşətli niyyətini bütün dünyaya birbaşa bəyan edib. Perincek bu nəzəriyyəni dəstəkləmək üçün Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkədə baş verəcək “yanğına” görə məsuliyyət daşıdığını deyərək, onu “yanğını körükləyən” adlandıran alman manşetlərinə də istinad edib.

Bu baxımdan Perinçek əmindir ki, Qərb Ərdoğana və bütün Türkiyəyə qarşı sui-qəsd hazırlayır. “Türk xalqı hazır olmalı və Amerika-Avropa planlarına qarşı çıxmalıdır”, – Perincek deyib.

  //Samir Qurbanov, Editor.az