Türkiyədə prezident seçkilərinin vaxtı dəyişir?-“Bu iki halda baş verə bilər”-ŞƏRH  backend

Türkiyədə prezident seçkilərinin vaxtı dəyişir?-“Bu iki halda baş verə bilər”-ŞƏRH  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Türkiyədə prezident seçkiləri mayın 14-də keçiriləcək. Digər tərəfdən dəhşətli zəlzələnin baş verməsi, insanların həyatını itirməsi, dağıntıların çoxluğu sual doğurur ki, bu faktorlar seçkilərə təsir edəcəkmi?

Məlum məsələdir ki, bu vəziyyətdən hələ Türkiyənin öz daxilində müxalif qüvvələr istifadə etməyə cəhd edəcək. R.T. Ərdoğan hakimiyyətindən narazı qüvvələrin əsas məramı da heç şübhəsiz təbii fəlakətdən də onu səbəbkar göstərmək olacaq.

Bəs bu faktorların əsasında seçkilər təxirə salına, vaxtı dəyişə bilərmi?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Turab Rzayev bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir il ərzində vətəndaşların evlərinin tikilib veriləcəyini qeyd edib:

“Türkiyədə artıq seçki vaxtı dəqiqləşdirilib və həmin dövrdə də keçirilməlidir. Lakin ölkə rəhbərliyinin seçkilərin vaxtını dəyişmə öhdəliyi də var. Bu iki halda reallaşa bilər. Birincisi, müharibə şəraiti, ikincisi isə əgər müharibəyə bənzər fors-major vəziyyətlər varsa… Bu zaman da parlamentin təsdiqi tələb olunur. AKP və MHP səs versə də digər partiyalar buna razılıq verməyə bilər. Ona görə də biz AKP-nin və Rəcəb Tayyib Ərdoğanın  seçkilərin vaxtı ilə bağlı nə qərar verdiyini hələ ki, bilmirik. Hansısa qərar verilsə də müxalifətin və digər partiyalar cavabı nə olacağı da məlum deyil”.

Politoloq istənilən halda seçkilər ərəfəsində müxalifətin zəlzələdən, onun fəsadlarından, dağıntılardan istifadə edəcəyini vurğulayıb: “Açıq-aydın görünür ki, bütün siyasi liderlər zəlzələ bölgəsinə gedir ki, hakimiyyətə qarşı mövqe tuta bilsinlər. Bundan əhali arasında öz piarını aparmaq üçün istifadə edirlər. Proseslər seçkilərin kifayət qədər gərgin keçəcəyini göstərir”.
 
//Safura Bənnayeva, Editor.a