Türklər ruslar üçün qiymətləri endirdibackend

Türklər ruslar üçün qiymətləri endirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya vətəndaşları üçün may bayramlarında Türkiyədə istirahət 40% endirimlə təklif olunur. Ruslar artıq rəqabətli qiymətlərlə səyahət paketləri almağa başlayıblar.

Editor.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, Rusiyada may bayramları üçün Türkiyəyə turist çeklərinin 25-40% endirimlə satışına başlanılıb. Qiymətin azalması Türkiyə otellərinin tam olaraq dolmaması ilə bağlıdır. “TourDom” saytının məlumatına görə, aprelin 29-dan mayın 2-dək Moskvadan iki nəfərlik istirahəti ilkin qiymətdən 25-40% ucuz almaq olar. Ümumiyyətlə qiymətlər 48 min rubldan başlayır.

Rusiyanın digər şəhərləri də eyni vəziyyətlə üzləşib. Belə ki, Kazandan beşulduzlu bir türk otelinə beş gün ərzində uçuş iki nəfər üçün 49.000 rubla başa gələ bilər. Omskda isə oxşar şərtlər 100 min rubldan çox başa gələcək.

  //Samir Qurbanov,Editor.az