Ukrayna kəşfiyyatı Krım əhalisinə müraciət etdibackend

Ukrayna kəşfiyyatı Krım əhalisinə müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna kəşfiyyatı krımlılardan işğalçıların yerləşdiyi yerlər və əməkdaşlıq edənlərin ünvanları barədə məlumat vermək xahişi ilə müraciət edib.

Editor.az xəbər verir ki, bu barədə agentlik sentyabrın 1-də Telegram-da yazıb.
“Krım sakinlərinə! Ukrayna yarımadası payızın məxmər mövsümü ilə tanınır. Buna görə də bütün sakinlərdən xahiş edirik ki, “ən məşhur” yerlər barədə bizi təcili məlumatlandırsınlar. Yəni:
– Işğalçı qoşunların dislokasiya məntəqələrinin dəqiq yeri barədə (koordinatları ilə);
– işğalçı qoşun rəhbərliyinin yerləri barədə (koordinatları ilə);
– hərbi texnikanın yeri və hərəkət marşrutları barədə;
– Düşmən tərəfinə keçən yerli əməkdaşlar barədə (yaşayış yeri, ünvanı, koordinatları, tam adı, vəzifəsi və iş yeri) dəqiq məlumat verilsin.

Departament həmçinin “işğalçılara rəğbət bəsləyən” şəxslər və işğalçı hakimiyyətin digər tərəfdarları barədə də məlumat verməyi xahiş edib.
“İşğalçıları doğma yurdumuzdan birlikdə qovacağıq!” – kəşfiyyatın müraciətində vurğulanır.

  //Samir,Editor.az