Ukrayna ordusunun əks hücumu və Putinin planlarıbackend

Ukrayna ordusunun əks hücumu və Putinin planları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarkov bölgəsindəki biabırçı məğlubiyyətdən sonra Rusiya, çox güman ki, öz silahlı qüvvələrini yenidən qruplaşdırmağa və Donbas üzərində nəzarəti gücləndirməyə çalışacaq.

Editor.az xəbər verir ki, bunu TSN-ə müsahibəsində müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi və NATO baş katibinin keçmiş müavini Aleksandr Verşbou deyib. Onun sözlərinə görə, Putin ümumi səfərbərlik faktı kontekstində, münaqişəni dərinləşdirmək xətti tərəfdarlarının getdikcə artan təzyiqi altındadır. Lakin o, müharibəyə qarşı ictimai etirazlardan və özünün devrilməsindən qorxduğu üçün çətin ki, bunu etsin.

“Putin hələ də ümid edir ki, Rusiyanın enerji şantajı qış yaxınlaşdıqca Avropanın sanksiyalara dəstəyini sarsıdacaq, ABŞ və müttəfiqləri Rusiyanın eskalasiya təhlükələri qarşısında Ukraynanı silahlandırmaq yükündən yorulacaqlar”, – NATO baş katibinin keçmiş müavini deyib. Xatırladaq ki, son günlər Ukrayna ordusu əks hücuma keççərək rus işğalçılarına layiqli cavab verməkdədir. Xarkov vilayətində bir çox yaşayış məntəqələri azad edilib, işğalçılar isə qaçaraq yüzlərlə hərbi texnikanı tərk ediblər.

  //Samir,Editor.az