Ukrayna: “Rusiya Kiyevi vurdu”backend

Ukrayna: “Rusiya Kiyevi vurdu”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Rusiya qüvvələrinin gecə saatlarında paytaxt Kiyevi hədəf aldığını açıqlayıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, paytaxtda siren səslərinin eşidildiyi, Rusiyanın hücumları səbəbindən çoxlu partlayışların olduğu barədə məlumat verilib.

Ukrayna hakimiyyəti əhaliyə pəncərələrdən uzaq durmaq barədə xəbərdarlıq edib. Kiyev meri Vitali Kliçko bildirib ki, bəzi raket parçaları şəhərin mərkəzi ərazilərinə, o cümlədən zooparka düşüb. Hücumlar nəticəsində xəsarət alanlar olub.

//Safura Bənnayeva, Editor.az