Ukrayna və Rusiya ombudsmanları Türkiyədə görüşəcəklərbackend

Ukrayna və Rusiya ombudsmanları Türkiyədə görüşəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə, Rusiya və Ukrayna Ombudsmanları Rusiya-Ukrayna münaqişəsindən zərər çəkmiş uşaqlar, qadınlar və yaralılara yardım üçün humanitar dəhlizin açılması məsələsini müzakirə etmək üçün üçtərəfli görüş keçirəcəklər.

Editor.az bildirir ki, bu barədə Türkiyənin Ombudsmanı Şeref Malkoç məlumat verib: “Biz ombudsmanlar olaraq iki gün ərzində bu müharibənin qurbanı olan qadın və uşaqlara kömək etməyin mümkün yollarını, eləcə də məhbuslar üçün nə edə biləcəyimizi müzakirə edəcəyik. Türkiyə, Rusiya, Ukrayna ombudsmanlarının üçüncü toplantısında biz uşaq hüquqları, yaralılar və əsirlərin mübadiləsi ilə bağlı yol xəritəsini müəyyənləşdirməyə çalışacağıq”. Malkoçun sözlərinə görə, Rusiya və Ukrayna ombudsmanları Tatyana Moskalkova və Dmitri Lubinets arasında Ankaranın vasitəçiliyi ilə sabah, yanvarın 12-də “21-ci əsrdə insan haqlarının gələcəyi” konfransı çərçivəsində üçtərəfli danışıqlar keçiriləcək. Şeref Malkoç bildirib ki, konfransda 41 ölkədən 70-dən çox ombudsman və hüquq müdafiəçisi iştirak edəcək: “Bu müharibə dünyada siyasi, sosial, iqtisadi aspektlərdə hər kəsə təsir edir. Hər gün bombalar partlayır. Biz ombudsmanlar olaraq bütün bəşəriyyəti tezliklə atəşkəs üçün səy göstərməyə çağırırıq”, – deyə cənab Malkoç əlavə edib.

Türkiyə, Rusiya və Ukrayna ombudsmanlarının üçtərəfli görüşünü cənab Lubinetsin özü mətbuat konfransı zamanı təsdiqləyib. O, həmçinin ümidvar olduğunu bildirib ki, görüş zamanı tərəflər təkcə mülki əhalinin deyil, həbsdə olan hərbçilərin də problemlərini həll edə biləcəklər.

  //Samir Qurbanov, Editor.az