“Ukraynaya verilən vədlərin arxasında durmadılar”-Əhəd Məmmədli ŞƏRH EDİRbackend

“Ukraynaya verilən vədlərin arxasında durmadılar”-Əhəd Məmmədli ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynanın NATO-ya üzvlük məsələsi neçə illərdir ki, qaldırılır. Hər dəfə Alyansın baş katibi Yens Stoltenberq indiki məqamda Ukraynanın üzv ola bilməyəcəyini qeyd edir. Çünki bu təşkilatın əsasnaməsində də vurğulanır ki, müharibə şəraitində olan ölkə NATO-ya üzv ola bilməz”.

Bunu Editor.az-a AĞ Partiya başqanının müavini, siyasi şərhçi Əhəd Məmmədli Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın Ukraynanın NATO-ya dəvət edilməsi müharibənin dayandırılmasında əsas amil ola biləcəyi ilə bağlı çıxışını şərh edərkən bildirib.

Onun sözlərinə görə, proseslərdə ABŞ “yaxşı”, NATO isə “pis” polis rolunu oynayır:

“Ukraynaya isə ümid verirlər. Eyni zamanda, Ukraynaya görə heç kim Rusiya ilə qarşıdurmaya gedən deyil.  Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın fikirləri ilə tamamilə razıyam.  Bu hal reallaşsa təbii ki, müharibə dayana bilər. Ən azından 2014-cü ildə Krımın ilhaqı və Donbasın bir hissəsinin işğalı başlayanda Ukraynanı fors-major vəziyyətə əsaslanaraq NATO-ya daxil etsə idilər, bu gün  rəsmi Kiyev indiki vəziyyətə düşməzdi. Amma təəssüf ki, Ukraynaya verilən vədlərin arxasında durmadılar”.

//Safura Bənnayeva, Editor.az