“Veteran” İCRA BAŞÇILARI: Seçkilər bitdi, kimlər postunu tərk edəcək? – SİYAHIbackend

“Veteran” İCRA BAŞÇILARI: Seçkilər bitdi, kimlər postunu tərk edəcək? – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda Prezident seçkilərindən sonra mərkəzi icra hakimiyyəti orqanları ilə yanaşı yerli icra hakimiyyəti orqanlarının rəhbərliyində də kadr dəyişikliyinin olacağı gözlənilir. Kadr dəyişikliyinin daha uzun müddət icra başçısı vəzifəsini tutan şəxslər arasında aparılacağı ehtimal olunur. Sfera.az xəbər verir ki, Azərbaycanda uzun müddət müxtəlif şəhər və ya rayonlarda icra başçısı vəzifəsini tutan şəxslər var. Məlumatlara görə, 2024-cü il onların karyerasında dönüş ili olacaq. Prezident seçkilərindən sonra 10 il və daha artıq müddətdə icra başçısı vəzifəsində çalışan şəxslərin əksəriyyəti öz postları ilə vidalaşmalı olacaq.

Bəs Azərbaycanda 10 il və daha uzun müddət icra başçısı vəzifəsində çalışan şəxslər kimlərdir?

Ən uzun müddət rayon (şəhər) icra başçısı vəzifəsində çalışan şəxs Eyvaz Hüseynovdur. O, 1992-ci ilin iyulun 2-dən Xocəvənd rayonunun icra başçısıdır. Bu il E.Hüseynovun bu vəzifəyə təyin edilməsindən 32 il ötəcək.

Qobustan rayonunun icra başçısı Adil Məmmədov da uzun müddətdir ki, vəzifədədir. A.Məmmədov ilk dəfə 1994-cü ilin oktyabrın 3-də Oğuz rayonunun icra başçısı vəzifəsinə təyin edilib. O daha sonra 2002-ci ildə Qəbələ rayonunun, 2004-cü ildən Biləsuvar rayonunun başçısı vəzifəsinə təyin olunub. A.Məmmədov 2011-ci ilin aprelin 26-dan Qobustan rayonunun icra başçısıdır. A.Məmmədov 30 ilə yaxındır ki, icra başçısı vəzifəsində çalışır.

 

Taleh Qaraşov da ayrı-ayrı vaxtlarda bir neçə rayona rəhbərlik etmiş qocaman icra başçılarındandır. Onun bu karyerası 1996-cı ildən başlayıb. O, əvvəlcə Kürdəmir rayon icra hakimiyyətinin başçısı, 2002-ci ildən Cəlilabad rayon icra hakimiyyətinin başçısı, 2006-cı ildən Neftçala rayon icra hakimiyyətinin başçısı, 2011-ci ildən Astara rayon icra hakimiyyətinin başçısı, 2012-ci ilin aprelindən isə Lənkəran şəhər icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.T.Qaraşov 28 ildir ki, icra başçısı vəzifəsində çalışır.

Bakının hazırkı icra başçısı Eldar Əzizov da “veteren” başçıdır. Onun bu il başçı vəzifəsində çalışmasının 24 ili tamam olacaq. E.Əzizov 2000-ci ildə Bakının Nizami rayonunun, 2003-cü ildə Gəncə şəhərinin, 2011-ci ildə Sumqayıt şəhərinin, 2015-ci ildə Səbail rayonunun, 2018-ci ildə isə Bakı şəhərinin icra başçısı vəzifəsinə təyin edilib.

 

Xocalı rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov da “əməkdar”lardandır. O, 2000-ci il dekabrın 21-dən Xocalı rayonunun icra başçısı vəzifəsində işləyir. Bu il Ş.Usubovun icra başçısı karyerasına başlamasından 24 il ötəcək.

Malik İsaqov qocaman icra başçılarındandır. M.İsaqov 2001-ci ilin oktyabrın 8-dən Qubadlı rayonuna rəhbərlik edir. 2024-cü ildə onun icra başçısı vəzifəsinə təyin edilməsindən 23 il keçəcək.

2012-ci ildən Ağdaş rayonunun icra başçısı olan Tofiq İbrahimovun bu il başçı karyerasının 20 ili tamam olacaq. T.İbrahimov 2004-cü ildə Qəbələnin, 2010-cü ildə Lənkəranın icra başçısı təyin edilmişdi.

Sumqayıtın icra başçısı Zakir Fərəcovun başçı vəzifəsində çalışmasından 19 il ötür. Fərəcov ilk dəfə 2005-ci ildə Abşeron rayonunun icra başçısı təyin edilib. 2015-ci ilin sentyabrın 2-dən isə Sumqayıt şəhər icra hakimiyyətinin başçısıdır.

Uzun müddət icra başçısı vəzifəsində çalışan başçılar:

 

Bərdənin icra başçısı Vidadi İsayev (19 il)

 

 

Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılov (19 il)

 

Ucar rayonunun icra başçısı Mənsur Məmmədov (19 il)

 

Zərdab rayonunun icra başçısı Mərdan Camalzadə (19 il)

 

Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev (18 il)

 

Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov (18 il)

 

Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov (18 il)

 

Xızı rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov (18 il)

Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov (18 il)

 

Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə (17 il)

 

Şəki rayon icra hakimiyyətinin başçısı Elxan Usubov (17 il)

 

Ağsu rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov (17 il)

 

 

Yardımlı rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov (13 il),

 

Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov (12 il)

 

Ümumilikdə, 22 şəxs on ildən çoxdur ki, icra hakimiyyətinin başçısı vəzifəsində çalışır.