Volodimir Zelenski: 2023-cü il bizim üçün qələbə ili olacaqbackend

Volodimir Zelenski: 2023-cü il bizim üçün qələbə ili olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Volodimir Zelenski bazar günü Ali Baş Komandanın qərargahının növbəti iclasını keçirib və Ukraynanın 2023-cü ildə müharibədə qələbə qazanacağına əminliyini bildirib.

Editor.az bildirir ki, bu barədə Zelenski Telegram-da yazıb. İclas iştirakçıları Ukrayna Müdafiə Qüvvələrinin 2023-cü ilə planlaşdırılan əməliyyatlar üçün əsas silah növlərinə, hərbi texnikaya və sursata əsas ehtiyaclarının təmin edilməsini müzakirə ediblər.

Onlar həmçinin Ukrayna müdafiə qüvvələrinin ehtiyacları üçün silah, hərbi texnika və sursatların istehsalı, təchizatı və təmirinə diqqət yetiriblər. Bundan başqa, Qərargah üzvləri bölmələrin şəxsi heyətinin fərdi və kollektiv hazırlığı sisteminin təkmilləşdirilməsi məsələlərinə də baxıblar. “2023-cü il bizim üçün qələbə ili olmalıdır və mütləq olacaq!”, – deyə Zelenski bildirib.

  //Samir Qurbanov, Editor.az